00:00:00
Yazar
Zəhra Həsənova
14.08.2026 23:09 45 2 dəq oxuma
Dünya

Apple Çində istifadə üçün öz süni intellekt modelini hazırlayıb

Apple Çində istifadə üçün öz süni intellekt modelini hazırlayıb

Apple Çində istifadə olunması nəzərdə tutulan xüsusi süni intellekt modelini hazırlayıb. Şirkət modelin hazırlanması prosesində Çinin texnologiya nəhəngi "Alibaba" ilə əməkdaşlıq edib. 

 

Məlumata görə, bu addım Apple-ın Çin bazarında süni intellekt strategiyasında dəyişiklik etdiyini göstərir. Şirkət daha əvvəl Çin üçün AI funksiyalarında əsasən yerli tərəfdaşların hazırladığı modellərdən istifadə etməyi planlaşdırırdı. Yeni yanaşmada isə Apple özünün böyük dil modelini hazırlayıb və onun təlim prosesində Alibaba texniki dəstək göstərib. 

 

Apple-ın Çində istifadəyə verməyə hazırlaşdığı Apple Intelligence sistemində şirkətin öz modeli ilə yanaşı, Alibaba-nın Qwen modeli də istifadə olunacaq. Bundan başqa, Çin şirkəti Baidu-nun texnologiyalarının da sistemə inteqrasiya edilə biləcəyi bildirilir. 

 

Bu əməkdaşlığın əsas səbəblərindən biri Çində süni intellekt xidmətləri ilə bağlı sərt tənzimləmələrdir. ABŞ-də geniş istifadə olunan ChatGPT kimi bəzi xarici AI xidmətlərinin Çində əlçatan olmaması Apple-ı yerli texnologiya şirkətləri ilə işləməyə vadar edir. 

 

Apple Intelligence-ın Çində istifadəyə verilməsi üçün artıq mühüm tənzimləyici mərhələlərdən biri keçilib. Lakin sistemin istifadəçilər üçün tam olaraq nə vaxt təqdim ediləcəyi hələ açıqlanmayıb. 

 

Maraqlı məqam isə ABŞ və Çin arasında texnologiya sahəsində rəqabətin davam etdiyi bir vaxtda Apple kimi ABŞ şirkətinin Çin şirkəti Alibaba ilə süni intellekt sahəsində əməkdaşlıq etməsidir. Bu, Apple-ın Çin bazarında yerli rəqiblərlə, xüsusilə, AI imkanlarını sürətlə inkişaf etdirən Huawei ilə rəqabətini gücləndirmək cəhdi kimi qiymətləndirilir. 

 

 

Fatimə Hüseynli

#istifadə #süni #yeni #hazırlayıb #apple
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər