00:00:00
Yazar
Admin User
05.11.2025 16:26 87 1 dəq oxuma
Dünya

ASBÜ-də qaz sızması insidentində 6 nəfər zəhərlənib

ASBÜ-də qaz sızması insidentində 6 nəfər zəhərlənib

 

Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Ulusdakı kampusunda bu gün günorta saatlarında insident baş verib. İlkin məlumatda binada təbii qaz partlayışı olduğu bildirilsə də, hadisə yerinə çatan yanğınsöndürən və “Başkentgaz” əməkdaşlarının araşdırması nəticəsində bunun belə olmadığı müəyyən edilib.

 

Araşdırma zamanı məlum olub ki, universitet binasının zirzəmisində yerləşən yanğınsöndürmə sistemi öz-özünə işə düşüb və bu zaman ayrılan söndürmə qazı ətrafa yayılıb. Nəticədə qazdan 5 tələbə və 1 texniki işçi zəhərlənərək xəstəxanaya aparılıb.Mütəxəssislərin bildirdiyinə görə, hadisə təbii qaz sızmasından qaynaqlanmayıb, yalnız avtomatik sistemin texniki nasazlığı səbəbindən yaranıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

TRT XƏBƏR 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər