Avropa Komissiyasının hesabatı: Ukrayna və Moldova inamlı irəliləyiş nümayiş etdirir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən ölkələrdə bu istiqamətdə vəziyyətin qiymətləndirildiyi Genişlənmə üzrə illik hesabatı (Enlargement Package 2025) dərc edib.
"İnformator.az"ın məlumatına görə, sənəddə genişlənmənin Avropa İttifaqının əsas prioriteti olaraq qaldığı və yeni üzvlərin daxil olmasının getdikcə daha real perspektivə çevrildiyi qeyd edilib.
Hesabatda Monteneqro və Albaniyanın əhəmiyyətli irəliləyişə nail olduğu qeyd olunur, hər iki ölkə islahatların tempini qoruyub saxlayır və üzvlük danışıqlarını 2026-2027-ci illərə qədər tamamlaya bilər.