00:00:00
Yazar
Admin User
31.08.2025 18:45 130 1 dəq oxuma
Dünya

Avropalı liderlər Ukraynaya görə Parisə toplaşır

Avropalı liderlər Ukraynaya görə Parisə toplaşır

Avropanın aparıcı dövlətlərinin, NATO və Avropa Komissiyasının liderləri Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün sentyabrın 4-də Parisdə görüşəcəklər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə növbəti həftə Parisdə Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniya kansleri Fridrix Merz, NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Leyen bir araya gələcəklər.


Onlar Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər