Avropalılar Zohran Mamdani-nin “radikal” hesab olunan siyasətlərini normal sayır
Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdani-nin seçki kampaniyasında irəli sürdüyü pulsuz avtobus xidməti, universal uşaq bağçası və kirayələrin dondurulması kimi vədləri ABŞ-də bəziləri real olmayan və baha başa gələn ideyalar kimi təqdim etsə də, Avropada bu xidmətlər normal və gündəlik praktikadır.
Niderlandlı ekspert Aleksander Verbeek qeyd edib ki, Mamdani sadəcə Avropalıların illərdir mövcud olan sosial dövlət modelini təklif edir: “Burada dövlətin vətəndaşlara dəstək verməsi adi bir şeydir".
Məsələn, Estoniyanın paytaxtı Tallində illərdir ictimai nəqliyyat pulsuzdur və bu, xüsusən aztəminatlı ailələr üçün böyük rahatlıq yaradıb. Fransada, Lüksemburqda və Maltada da oxşar modellər tətbiq olunur.
Mamdani-nin şəhər tərəfindən idarə olunan ərzaq mağazası ideyası da yeni deyil. İstanbulda və ABŞ-nin Çikaqo, Atlanta kimi şəhərlərində buna bənzər proqramlar mövcuddur.
Onun bütün uşaqlar üçün pulsuz bağça təşəbbüsü də artıq bir sıra ölkələrdə mövcuddur. Portugal və Berlin kimi şəhərlərdə uşaq bağçası ya tam pulsuz, ya da böyük ölçüdə dövlət subsidiyalaşdırır.
Kirayə haqlarının dondurulması isə Berlin və Nyu-Yorkun əvvəlki merləri dövründə də tətbiq edilib. Tənqidlərə baxmayaraq, bu addımlar minlərlə ailəyə rahatlıq verib.
The Guardian
Eslanda Kulieva