00:00:00
Yazar
Admin User
12.06.2025 12:35 163 1 dəq oxuma
Dünya

Avstriyada məktəbdə atəş açan şəxslə bağlı təfərrüat məlum olub

Avstriyada məktəbdə atəş açan şəxslə bağlı təfərrüat məlum olub

Avstriyanın Qrats şəhərində məktəbə hücum etməkdə şübhəli bilinən 21 yaşlı gənc atışma oyunları oynamağı xoşlayıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat verib.

 

Qeyd olunur ki, atışma zamanı gənc qulaqcıq taxıb.

 

"O, həddən artıq tənha həyat sürürdü, real dünyada normal asudə vaxtda iştirak etmək istəmirdi, əvəzində virtual məkanda yaşamağı üstün tuturdu", - deyə Ştiriya federal əyalətinin Cinayət Axtarış İdarəsinin rəhbəri Mixael Loneqqer bildirib.

Loneqqerin sözlərinə görə, onun şagirdləri və müəllimləri hədəfə almasının səbəbi aydın deyil.

 

Xatırladaq ki, iyunun 10-da səhər saatlarında Qrats şəhərində atışma baş verib. Yerli məktəbin məzunu silahla təhsil müəssisəsinə daxil olaraq, atəş açmağa başlayıb. Nəticədə 28 uşaq xəsarət alıb. Bir neçə nəfəri xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxsin özü isə məktəbin tualetində ölü tapılıb. İlkin məlumata görə, o, özünü zorakılığın qurbanı hesab edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər