00:00:00
Yazar
Ayşən Səlimova
17.03.2026 20:21 18 1 dəq oxuma
Sosial

Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir?

Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir?

Avtomobildə yüksək səslə musiqi dinləyən sürücülərlə bağlı hallar son vaxtlar daha çox müşahidə olunur. Bəzi şəxslər gecə-gündüz fərqi qoymadan yaşayış məntəqələrində belə avtomobildə səslənən musiqinin səsini həddindən artıq artırırlar.

 

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə“İnformator.az” a açıqlamasında bildirib ki, bu pozuntulara Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzarət edir:

 

“İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə işlətməyə, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər isə iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.

 

Selcan Xudiyeva

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər