00:00:00
Yazar
Hüseynova Mələk
01.07.2026 18:13 26 1 dəq oxuma
Siyasət

Azərbaycan və Türkiyə ədliyyə sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Türkiyə ədliyyə sahəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Akın Gürleklə görüşüb, əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

 

“İnformator.az”  "Report"a istinadən xəbər verir ki, Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, iki ölkə arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.

Hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal həllərin tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələrin və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin hüquq sahəsində inteqrasiyanın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#Azərbaycan #Türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər