00:00:00
Yazar
Admin User
13.07.2025 09:41 229 1 dəq oxuma
Maraqlı

Azərbaycan Rusiyadan 23.4 milyon dollarlıq şokolad alıb

Azərbaycan Rusiyadan 23.4 milyon dollarlıq şokolad alıb

2025-ci ilin ilk dörd ayında Rusiya xaricə 170,7 milyon dollar dəyərində şokolad satıb.

"İnformator.az" xəbər verir ki, bu barədə məlumat BMT-nin “Comtrade” platformasının hesabatında yer alıb.

Hesabata əsasən, Rusiya şokoladının ən böyük alıcısı Qazaxıstan olub. Bu ölkə ilk dörd ayda 78.3 milyon dollarlıq şokolad alıb.

İkinci yerdə Azərbaycan qərarlaşıb. Ölkəmiz ilk dörd ayda Rusiyadan 23.4 milyon dollarlıq şokolad idxal edib.

 

Sonrakı yerlərlə Özbəkistan (21.4 milyon dollar), Qırğızıstan (14.7 milyon dollar) və Gürcüstan (8 milyon dollar) qərarlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər