00:00:00
Yazar
Zəhra Həsənova
12.03.2026 20:07 17 1 dəq oxuma
Sosial Özəl

Azyaşlıların sosial şəbəkələrə çıxışı məhdudlaşdırılır

 Azyaşlıların sosial şəbəkələrə çıxışı məhdudlaşdırılır

Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək. Bununla bağlı Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunmasına dair sərəncam imzalayıb. Sənəd azyaşlıların onlayn təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Ailə və uşaq psixoloqu  Aynur İsmayılova bildirib ki, sosial şəbəkədən istifadə etmək insanda asosialıq, qapalıq yaradır:

 

"Sosial şəbəkədən daha çox istifadə edən insanlar daha çox içə qapalı, asosial insanlardır. Ümumiyyətlə, sosial şəbəkə cansız ünsiyyətdir deyə, buradan daha çox istifadə edən yeniyetmələr də real həyatdan ayrılırlar. Real həyatın yerinə sosial şəbəkədə onlara təqdim olunan, amma alt qismi tamam başqa olan, bəzi nüanslara inanırlar, asılılıq yaranır və bəzən onlar kimlərinsə fırıldaqçılığının qurbanına çevrilirlər. Kiber təzyiq bəzən onlayn olan müddətdə, virtual tanımadığı, kimlə yazışdığını bilmədən müxtəlif insanların zorakılığına, onları şantaj etməsinə məruz qaldıqları üçün də bəzən yersiz depresiyalar yaranır. Ona görə də, 16 yaşdan aşağı yeniyetmələrin nəzarətli şəkildə sosial şəbəkələrdən istifadə etməsini valideynlər ciddi nəzarətdə saxlamalıdır".

 

#xəbər #sosial #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər