00:00:00
Yazar
Nərmin Həşimova
28.04.2026 19:07 27 2 dəq oxuma
Sosial

“Bəzi ərazilərdə üfüqi nişanlamalar silinib, yol nişanları isə kifayət qədər deyil”- Ekspertdən AÇIQLAMA

“Bəzi ərazilərdə üfüqi nişanlamalar silinib, yol nişanları isə kifayət qədər deyil”- Ekspertdən AÇIQLAMA

Müasir şəhər həyatında yol hərəkətinin təhlükəsizliyi əsas məsələlərdən biridir. Lakin bir çox hallarda diqqətdən kənarda qalan problemlərdən biri də yol nişanlarının və xətlərinin zamanla silinməsi, aydın görünməməsidir. Bu problem xüsusilə gecə saatlarında və əlverişsiz hava şəraitində daha da qabarıq şəkildə özünü göstərir. Nəticədə sürücülər zolaqları düzgün seçməkdə çətinlik çəkir, piyadalar isə təhlükə ilə üzləşir. Belə hallar yol qəzalarının artmasına və ümumi nəqliyyat sistemində nizamsızlığa səbəb olur.


Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev “İnformator.az”a açıqlamasında bildirib ki, yol nişanları və üfüqi nişanlanma yol infrastrukturunun əsas elementləridir:


“Bu vasitələr yolun təhlükəsiz və nizamlı şəkildə istifadəsini təmin edir. Həmin elementlərdə çatışmazlıq olduqda həm təhlükəsizlik risk altına düşür, həm də hərəkət iştirakçılarının rahat şəkildə mənzil başına çatmasına mənfi təsir göstərir. Hazırda bəzi ərazilərdə üfüqi nişanlanmalar silinib, yol nişanları isə kifayət qədər deyil. Ümumilikdə, yol nişanları baxımından vəziyyət zəifdir. Təkcə əlavə və köməkçi nişanlar deyil, hətta zəruri nişanların da bir çox yerlərdə çatışmadığı müşahidə olunur. Xüsusilə, günün qaranlıq saatlarında və yağışlı havalarda bu problem daha qabarıq hiss olunur, sürücülər və piyadalar üçün çaşqınlıq yaradır. Məsələnin həlli üçün aidiyyəti qurumlar müəyyən işlər görür. Bir sıra küçə və prospektlərdə üfüqi nişanlanmalar yenilənir, yeni yol nişanları quraşdırılır. Magistral yollarda, xüsusilə, M1, M2, M3 və M4 avtomobil yollarında bu istiqamətdə işlərin böyük hissəsi tamamlanıb. Lakin şəhər daxilində, xüsusilə, ara küçələrdə üfüqi nişanlanmaların yenilənməsi hələ də gecikir. Bir çox ərazilərdə bu xətlər illərlə bərpa olunmadan qalır və problem olaraq davam edir”.


Cavahir Əsgərbəyli

#yol nişanı #silinib #təhlükəsizlik #nizamsızlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər