00:00:00
Yazar
Səadət Əlizadə
13.04.2026 16:10 27 2 dəq oxuma
Sosial

Bakı Bulvarında yaşıllıqlar zədələnib

Bakı Bulvarında yaşıllıqlar zədələnib

Son günlər Bakı Bulvarı ərazisində əkilən güllərin zədələnməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Paytaxtın ən çox ziyarət edilən məkanlarından biri olan bulvarda yaşıllıqlara bu cür münasibət ictimai narazılıq doğurub. Güllərin qoparılması, tapdalanması və baxımsız vəziyyətə düşməsi müşahidə edilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən ekoloq Sevil Yüzbaşeva bildirib ki, Dənizkənarı Milli Park ərazisində yeni əkiləngüllərin, xüsusilə, zanbaqların bir hissəsinin yararsız hala salınması ilə bağlı görüntülər yayılıb:


“Bulvarın müxtəlif hissələrində, xüsusilə, bahar mövsümü üçün salınan gül kompozisiyaları zədələnib. Sosial şəbəkələrdə yayılan videolarda bəzi şəxslərin qazonlara daxil olaraq foto çəkdirməsi və nəticədə güllərə zərər vurması əks olunub.
Bu kimi halların qarşısını almaq üçün nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir. O, müşahidə kameralarının sayının artırılmasının və onların effektiv istifadəsinin həm profilaktik, həm də nəzarət baxımından faydalı ola biləcəyini vurğulayıb.
Bundan əlavə, ərazidə maarifləndirmə işlərinin aparılması, ictimaiyyətə yaşıllıqların qorunmasının əhəmiyyəti barədə məlumat verilməsi də önəmli hesab olunur. Məncə, ekoloji mədəniyyətin formalaşdırılması erkən yaşlardan başlayaraq ailə və təhsil mühitində təşviq edilməlidir”.


Vəkil Cavanşir Qasımzadə isə bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəhər yerlərində yaşıllıqlara zərər vermək inzibati məsuliyyət yaradır:

 

“Bu məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin müvafiq maddələrinə görə, yaşıllıqların zədələnməsi, məhv edilməsi və ya qanunsuz qoparılmasına görə həm fiziki şəxslər, həm də hüquqi şəxslər cərimə edilir. Əgər vurulan ziyanın məbləği çox böyükdürsə, bu hal cinayət məsuliyyətinə də səbəb ola bilər.
Vətəndaşlar Bakı Bulvarı ərazisində güllərin qoparılması və ya digər yaşıllıqların zədələnməsi halları ilə qarşılaşdıqda dərhal ərazidə xidmət aparan Bakı Bulvarı Mühafizə Xidmətinin əməkdaşlarına məlumat verməlidirlər. Həmçinin, bu barədə DİN-in 102 xidmətinə zəng etmək və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xətti ilə əlaqə saxlamaq mümkündür. Hadisəni videoya çəkərək aidiyyəti qurumların sosial media hesablarına göndərmək də günahkarların tapılmasına kömək edə bilər. Bu cür hadisələrin qarşısını almaq üçün ictimai nəzarət çox vacibdir”. 
 

Səadət Əlizadə

#bakı #xəbər #azərbaycan #zədələnib #bulvarında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər