Bakıda “TDT Ölkələrində Ailəyə Dəstək Siyasətləri” adlı tədbir keçirilib
Bakıda “Güclü Ailələr, Güclü Cəmiyyətlər: TDT Ölkələrində Ailəni Dəstəkləyən Siyasətlər” mövzusunda yan tədbir keçirilib. Tədbir, Türk Dövlətləri Təşkilatı (TDT) Ailə və Sosial Siyasət Nazirlərinin 2-ci Müşavirəsi çərçivəsində, Azərbaycanın Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş çıxış edib. O, ailəni təkcə sosioloji bir qurum deyil, həm də sivilizasiyanın mirası kimi qiymətləndirdiklərini vurğulayaraq, “Ailəni ümumbəşəri dəyər olaraq yenidən təyin etməliyik. Bu dəyəri elmi biliklər, yenilikçi siyasətlər və mənəvi duruşla müdafiə etməliyik”, – deyə bildirib.
Nazir ailənin cəmiyyətin təməli olduğunu qeyd edərək əlavə edib: “Millətlərin gələcəyi ailə institutunun gücündən asılıdır. Ailəyə verilən önəm mədəni irsimizin bir hissəsidir. Bu irsi qorumaq və gələcək nəsillərə ötürmək hamımızın ortaq borcudur”.
TRT haber
Mahmudlu Ləman