00:00:00
Yazar
Admin User
07.11.2025 12:25 141 1 dəq oxuma
Dünya

Baş prokuror Akın Gürlek CHP sədri Özəl haqqında təzminat iddiası açıb

Baş prokuror Akın Gürlek CHP sədri Özəl haqqında təzminat iddiası açıb

İstanbul Respublika Baş prokuroru Akın Gürlekin vəkili tərəfindən İstanbul Asliye Məhkəməsinə təqdim edilən ərizədə bildirilir ki, Gürlek uzun illər ədliyyə sistemində — Ağır Cəza Məhkəməsinin sədri və nazir müavini kimi — çalışıb və bu səbəbdən terror təşkilatlarının hədəfində olub.

 

Ərizədə qeyd olunur ki, Gürlek ictimai vəzifəsinə görə siyasi şəxs kimi tanınsa da, televiziya və siyasi debatlarda iştirak etmir.Sənəddə, CHP sədri Özgür Özəlin Ümraniyyədəki mitinqdə Gürleki və istintaqa cəlb olunan şəxsləri təhqir etdiyi, həmçinin baş prokuroru “ikinci maaş almaqda” və “təmtəraqla yaşamaqda” günahlandıraraq onun şərəf və ləyaqətinə zərbə vurduğu iddia edilir.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər