00:00:00
Yazar
Admin User
06.11.2025 14:53 128 1 dəq oxuma
Dünya

Belçika yanvarın 1-ə qədər Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq

Belçika yanvarın 1-ə qədər Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq

Belçika 2026-cı il yanvarın 1-ə qədər Milli Hava Təhlükəsizliyi Mərkəzi yaradacaq.


"İnformator.az" xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken hərbi bazalar üzərində naməlum PUA-ların uçuşu ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının çağırılan iclasından sonra bildirib.


"Təhlükəsizlik Şurası dronlarla bağlı son insidentləri araşdırdı. Aydın qərar qəbul edildi - 1 yanvar 2026-cı ilə qədər Milli Hava Təhlükəsizliyi Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz Belçika hava məkanının optimal müşahidəsini və müdafiəsini təmin edəcək", - nazir qeyd edib.


Bundan əvvəl ölkənin Müdafiə Nazirliyinin 500 milyon avro məbləğində dronlarla mübarizə layihəsini hökumətə təqdim etdiyi barədə məlumat verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər