00:00:00
Yazar
Admin User
05.11.2025 08:25 113 1 dəq oxuma
Dünya

Belçikada PUA təhlükəsinə görə Təhlükəsizlik Şurasının toplanması tələb edilib

Belçikada PUA təhlükəsinə görə Təhlükəsizlik Şurasının toplanması tələb edilib

Belçikanın təhlükəsizlik və daxili işlər naziri Bernar Kenten ölkənin Baş naziri Bart de Veverdən dronlarla bağlı insidentlər səbəbindən Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı tələb edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə RTBF televiziya kanalı məlumat yayıb.

 

Kentenin sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) ilə bağlı vəziyyət milli səviyyədə koordinasiyalı tədbirlər tələb edir. Bundan əlavə, o qeyd edib ki, Daxili İşlər Nazirliyi vəziyyətə nəzarət etmək üçün aviasiya rəhbərliyi, Müdafiə Nazirliyi və federal polis ilə daimi əlaqədədir.

 

Dünən Belçikanın Brüssel və Lyej hava limanlarının yaxınlığındakı hava məkanı PUA-lar səbəbindən işini dayandırıb. Daha sonra hakimiyyət Brüssel hava limanının tamamilə bağlandığını təsdiqləyib. Oradan planlaşdırılmış uçuşlar Belçikanın digər hava limanlarına, xüsusilə də Lyejə yönləndirilib. Lakin bir müddət sonra Lyej hava limanı bölgəsində də dronlar müşahidə olunub.

 

Bundan sonra hava limanının bağlanması və Belçika üzərində bütün hava hərəkətinin tam dayandırılması barədə elan verilib. Təyyarələr Köln və Maastrixta yönləndirilib.

 

Bunun ardınca Brüsselin “Zaventem” beynəlxalq hava limanı fəaliyyətini bərpa edib. Hava hərəkəti tamamilə bərpa olunub. Hava limanı rəhbərliyi hadisə ilə bağlı daxili araşdırma aparır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər