Bizə uyğun olmayan rəqibdir...
Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çox çalışmalı olacağıq.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la matç üçün Macarıstan səfərinə yollanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına açıqlamasında bildirib.
"Ümumilikdə pis hazırlıq keçmədik. Rəqibi tam yaxından tanımırıq, amma istədiyimiz qaydada hazırlaşa bildik. "Ferentsvaroş" tam fərqli sistemdə oynayır və çox fiziki güc sərf etməli olacağıq. Hücuma çox tez keçən komandadır. Standart vəziyyətlərdən ciddi yararlanırlar və sərt oyun nümayiş etdirirlər. Bəlkə də bizə uyğun olmayan rəqibdir. Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çalışmalı olacağıq. Oyunun başlanğıcı bizə çətin ola bilər".