00:00:00
Yazar
Admin User
13.06.2025 11:38 141 1 dəq oxuma
Dünya

"Boeing 787-8" təyyarələrinin uçuşları dayandırıla bilər

"Boeing 787-8" təyyarələrinin uçuşları dayandırıla bilər

 

Hindistan hökuməti Əhmədabadda qəzadan sonra bütün "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarını dayandırmağı nəzərdən keçirir.

 

"İnformator.az"ın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat verib.

 

Məlumata görə, Mülki Aviasiya Nazirliyi ölkədəki bütün "Dreamliner"lərin təhlükəsizliyini yoxlamağı planlaşdırır.

 

Xatırladaq ki, ötən gün 242 nəfəri daşıyan "Air India" aviaşirkətinə məxsus "Boeing 787" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Əhmədabadda yaşayış məntəqəsinə düşüb. Bir sərnişin sağ qalıb, qalanları ölüb, hətta yerdə də həyatını itirənlər olub. Son məlumatlara görə, 265 nəfərin cəsədi tapılıb. Faciənin səbəbləri hələ müəyyən edilməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər