00:00:00
Yazar
Admin User
12.06.2025 16:18 137 2 dəq oxuma
Dünya

“Brent” neftinin bareli 68,78 dollardan satılır

“Brent” neftinin bareli 68,78 dollardan satılır

 

 

Brent neftinin bareli beynəlxalq bazarlarda 68,78 dollardan ticarət olunur.

 

Dünən 69,52 dollara qədər yüksələn Brent neftinin barel qiyməti günü 69,40 dollar səviyyəsində tamamlayıb.

 

Brent neftinin barel qiyməti bu gün saat 09:58-də bağlanışa nisbətən 0,9 faiz azalma ilə 68,78 dollar olub. Eyni vaxtda Qərbi Texas (WTI) növü xam neftin bareli 66,60 dollardan alıcı tapıb.

 

Qiymətlərdəki düşüşdə İran ilə ABŞ arasındakı nüvə danışıqları prosesinə dair qeyri-müəyyənliklər təsirini davam etdirir.

ABŞ Prezidenti Donald Tramp, Yaxın Şərqin “təhlükəli bir yerə çevrilə biləcəyi” səbəbi ilə bölgədə olan bəzi ABŞ-li şəxslərin təxliyə ediləcəyini bildirib.

 

Tramp Vaşinqtonda mətbuata verdiyi açıqlamada bölgədəki gərginliyin azaldılması ilə bağlı İranın nüvə proqramı mövqeyini təkrar edərək, “Onlar heç vaxt nüvə silahına sahib ola bilməzlər. Bu qədər sadədir. Nüvə silahına sahib ola bilməzlər. Buna imkan verməyəcəyik”,- deyib.

 

Bu açıqlamalar təchizatın kəsilməsi ehtimalına dair narahatlıqları artırsa da, Trampın İsrail Baş naziri Benyamin Netanyahuyla telefon danışığından sonra 12 iyunda İranla birbaşa danışıqlara başlanacağını açıqlaması bazarda gərginliyin azalacağına dair nikbinliyi gücləndirib və qiymətlərin aşağı yönə çevrilməsinə səbəb olub.

 

Bundan başqa, ABŞ-də xam neft istehsalının artdığına dair məlumatlar təchizat narahatlıqlarını yumşaldaraq qiymətlərin aşağı istiqamətdə hərəkətini dəstəkləyib.

 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) dünyanın ən çox neft istifadə edən ölkəsində gündəlik xam neft istehsalının 20 min barel artaraq 13 milyon 428 min barelə yüksəldiyini bildirib.

 

EIA-nın 2025-ci ilin iyun ayı üçün Qısa Müddətli Enerji Baxışı Hesabatına görə ölkənin illik orta gündəlik xam neft istehsalının bu il 13 milyon 420 min barel olacağı gözlənilir.

 

Texniki olaraq Brent neftində 71,14 dollar səviyyəsi müqavimət, 64,80 dollar isə dəstək nöqtəsi kimi izlənə bilər.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər