Britaniya 85 milyard funtluq xəstəlik xərci səbəbilə iqtisadi böhran riski ilə üzləşib
Yeni hesabatda bildirilir ki, xəstə və əlil insanların işsiz qalması Birləşmiş Krallığın rifahını təhdid edən “iqtisadi fəaliyyətsizlik böhranı”na səbəb ola bilər.
Keçmiş John Lewis şirkətinin rəhbəri Ser Çarli Meyfildin hazırladığı araşdırmaya görə, 2019-cu illə müqayisədə hazırda sağlamlıq problemlərinə görə işləməyənlərin sayı 800 min nəfər çoxdur və bu hal işəgötürənlərə ildə 85 milyard funt sterlinqə başa gəlir.
Meyfild bildirib ki, bu vəziyyətə müdaxilə olunmasa problem daha da dərinləşə bilər. Bununla belə, o qeyd edib ki, bu, “qaçılmaz deyil” və o, insanları yenidən işə qaytarmaq məqsədilə yaradılan xüsusi işçi qrupuna rəhbərlik edəcək.
BBC
Səadət Əlizadə