"Bu cinayətə veriləcək cavabın sərhədi qalmayıb"
İran Baş Qərargahı İsrailin hücumları ilə bütün qırmızı xətləri keçdiyini və hücuma cavab vermək üçün heç bir sərhəd tanımayacaqlarını bildirib.
İran Baş Qərargahı Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Bakırinin də həyatını itirdiyi İsrailin hücumlarına dair açıqlama yayımlayıb.
Açıqlamada hücumlar zamanı Bakıri ilə birlikdə İnqilab Keşikçiləri Ordusunun Baş komandanı general-polkovnik Hüseyn Səlami, general-polkovnik Qulam Əli Rəşid, elmi əməkdaşlar, aralarında qadınlar və uşaqların da olduğu mülki şəxslərin həyatını itirdiyi bildirilib.
Açıqlamada belə deyilir:
“Qüdsü işğal edən terror rejimi artıq bütün qırmızı xətləri keçmişkən, bu cinayətə veriləcək cavabın sərhədi qalmayıb”.
Trt haber
Lalə Qurbanlı