Bundesver Belçikaya hərbçilər göndərib
Bundesver (Almaniya Silahlı Qüvvələri) pilotsuz uçuş apartalarına qarşı mübarizədə Belçikaya dəstək verməyə hazır olduğunu açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinə istinadən DPA xəbər agentliyi məlumat yayıb.
"Vəziyyəti qiymətləndirmək, dronların aşkarlanması və müdafiə vasitələrinin müvəqqəti yerləşdirilməsini Belçika Silahlı Qüvvələri ilə əlaqələndirmək üçün ilk hərbi hava qüvvələri bölmələri artıq Belçikaya gəlib", - Almaniya Müdafiə Nazirliyi qeyd edib.
"Əsas qüvvələr tezliklə gələcək", - nazirlik əlavə edib.
Qeyd edək ki, Brüssel hava limanı naməlum pilotsuz təyyarələr səbəbindən fəaliyyətini yenidən 30 dəqiqə dayandırıb.