00:00:00
Yazar
Güllər Gülhüseynova
25.08.2026 22:12 20 2 dəq oxuma
Dünya

Çin ABŞ-nin İrana qarşı yeni sanksiyalarına cavab verəcəyini açıqlayıb

Çin ABŞ-nin İrana qarşı yeni sanksiyalarına cavab verəcəyini açıqlayıb

Çin ABŞ-nin İrana və onunla ticarət əlaqələri saxlayan ölkələrə qarşı iqtisadi sanksiyaları genişləndirmək planına etiraz edib və öz maraqlarını qorumaq üçün “bütün zəruri tədbirləri” görəcəyini bildirib.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ-nin tətbiq etdiyi tədbirləri “qanunsuz birtərəfli sanksiyalar” adlandıraraq, Pekinin bu siyasətə qəti şəkildə qarşı olduğunu deyib.

 

Bu açıqlama ABŞ Maliyyə naziri Skott Bessentin bazar ertəsi yeni sanksiyalarla bağlı planları açıqlamasından sonra verilib. Bessent bildirib ki, İranla maliyyə əməkdaşlığı aparan istənilən ölkə ABŞ tərəfindən təcrid olunmaq riski ilə üzləşəcək.

 

Çin İran neftinin ən böyük alıcısıdır. Lakin ABŞ-nin İrana qarşı tətbiq etdiyi təzyiqlər və ölkənin limanlarına yönəlmiş blokada fonunda iki ölkə arasındakı neft ticarəti azalıb.

 

Lin Jian bildirib ki, Çinlə İran arasında əməkdaşlıq hər zaman beynəlxalq hüquq çərçivəsində həyata keçirilib və bu əməkdaşlığa müdaxilə edilməməlidir.

 

ABŞ Maliyyə naziri isə planlaşdırılan sanksiyaları İrana qarşı “indiyədək həyata keçirilmiş ən böyük maliyyə hücumu” kimi qiymətləndirib. O xəbərdarlıq edib ki, İranla əlaqələri kəsməkdən imtina edən bank və şirkətlər də ölkənin beynəlxalq maliyyə sistemindən təcrid edilməsinin nəticələri ilə üzləşəcəklər.

 

Bessent konkret ölkələrin adını çəkməkdən yayınsa da, ABŞ Prezidenti Donald Trampın dünya liderləri ilə telefonla danışaraq onlardan İran rejimi ilə əlaqələri dayandırmağı tələb edəcəyini bildirib.

 

Çin banklarının da sanksiyalara məruz qala biləcəyi ilə bağlı suala cavab verən Bessent isə ABŞ sanksiyalarından “heç kimin kənarda qalmadığını” vurğulayıb.

 

Güllər Gülhüseynova

#açıqlayıb #baki #verəcəyini #i̇rana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər