Çətir Yer kürəsini günəş şüalarından qoruyacaq
Alimlər qlobal istiləşmənin Yer kürəsinə təsirini azaltmaq üçün günəş şüalarının qarşısını alacaqlar.
Bunun üçün təxminən Argentina ölçüsündə çətirə bənzər örtük hazırlanır.
Bu 1,6 milyon kvadrat kilometrlik "çətir"in Yerin temperaturunu 2 il ərzində 1,6 dərəcə Selsi azldacağı ehtimal edilir.
Yerdən 14 milyon kilometr uzağa göndəriləcək "Yelkən"kosmosda kölgəlik hissəsinin açılıb bağlanması ilə hərəkət edəcək.
Techion-İsrail Texnologiya İnistutunun komandası 2027-ci ilə hazırlanacaq 100 kvadrat metrlik prototip üçün təxminən 20 milyon dollar pul lazım olacağını açıqlayıb.
İlhamə Nurəhmədova
