Custin Baldoni 400 milyon dollarlıq iddianı yenidən qaldırmayıb
Aktor Custin Baldoninin vəkili bildirib ki, ABŞ aktyoru məhkəmə tərəfindən rədd edilən keçmiş həmkarı Bleyk Ləvliyə qarşı 400 milyon dollarlıq (təxminən 295 milyon funt sterlinq) iddiasını yenidən qaldırmamağı seçib. Bu qərar ona apellyasiya vermək hüququnu qorumaq imkanı yaradır.
Baldoninin işi iyun ayında rədd edildikdən sonra vəkili onun dəyişdirilən şikayət ərizəsi təqdim edəcəyini bildirib, lakin bu baş verməyib. Keçən ay hakim iş üzrə “yekun qərar” çıxarıb, bu da apellyasiya olunmadığı təqdirdə prosesin tam bağlanması deməkdir.
BBC NEWS
Banuçiçək Məmmədova