00:00:00
Yazar
Admin User
26.02.2024 16:11 416 1 dəq oxuma
Maraqlı

Dünyanın ən cəlbedici dili məlum olub

Dünyanın ən cəlbedici dili məlum olub

Bir dil öyrənmə platformasının yeni araşdırmasına görə, dünyanın ən cəlbedici dili artıq fransız dili deyil. İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və ABŞ-dan ümumilikdə 6 min insana "ən cəlbedici" olduğunu düşündükləri dillə bağlı sual verilib.

 

2017-ci ildə keçirilən oxşar sorğuda fransız dili dünyanın ən cəlbedici dili seçilib. Bu il yenidən keçirilən sorğuda İtaliya dili dünyanın ən cəlbedici dili seçilib.

 

İtalyan dili də ən cəlbedici, ən romantik və ən ehtiraslı dil kimi təsvir edilib.

Niyə ən cəlbedici dil seçildi?

 

Daily Mail-ə danışan Noel Wolf, "İtalyan dilinin cazibədarlığına töhfə verən bəzi xarakterik xüsusiyyətləri var. İtalyanca danışarkən yüksəliş və enişlər musiqi keyfiyyəti yaradır və bəzi insanlar bunu cəlbedici görür" dedi.

 

Sorğu iştirakçıları "ən birbaşa dil" olaraq alman dilini və "ən nəzakətli dil" kimi Britaniya ingiliscəsini seçiblər.

 

Lamiyə Cənnətzadə

Mənbə: N-Life

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər