00:00:00
Yazar
Admin User
07.11.2025 18:34 118 1 dəq oxuma
Dünya

Dağıstanda helikopter qəzası baş verib

Dağıstanda helikopter qəzası baş verib

Dağıstanın Karabudaxkentski rayonunun Açi-Su kəndi yaxınlığında helikopter qəzası baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Rusiya mediasının, o cümlədən TASS agentliyinin məlumatına görə, hadisə cümə günü baş verib. Dağıstanın səhiyyə naziri Yaroslav Qlazov bildirib ki, helikopterdə ümumilikdə 7 nəfər olub:

 

"Qəza nəticəsində dörd nəfər dünyasını dəyişib. Bir nəfərin vəziyyəti son dərəcə ağır, iki nəfərin vəziyyəti isə ağırdır".

 

 

Məlumata əsasən, helikopter Kizlyar şəhərindən İzberbaş istiqamətində hərəkət edirmiş. Fövqəladə Hallar Nazirliyinin (EMERCOM) regional idarəsi hadisəni təsdiqləyib.

 

İlkin araşdırmalara görə, qəzanın texniki nasazlıq səbəbindən baş verməsi ehtimal olunur. Fövqəladə xidmət orqanlarının məlumatına əsasən, pilotlar qəzadan əvvəl helikopteri çimərlik sahəsinə endirməyə cəhd ediblər.

 

Dağıstan Regional Nəzarət Mərkəzinin rəhbəri İsrafil İsrafilov qeyd edib ki, hava gəmisində turistlər olmayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər