00:00:00
Yazar
Admin User
07.11.2025 14:23 68 2 dəq oxuma
Dünya

E-Dövlət-də istifadəçi sayısının 2026-cı ildə 70 milyona çatdırılması hədəflənir

E-Dövlət-də istifadəçi sayısının 2026-cı ildə 70 milyona çatdırılması hədəflənir

 

E-Dövlət Qapısında qeydiyyatdan keçmiş istifadəçilərin sayının gələn il 70 milyona, bu platformaya inteqrasiya olunmuş dövlət xidmətlərinin sayısının isə 9 minə yüksəldilməsi planlaşdırılır.

 

2026-cı il Prezidentin İllik Proqramından əldə edilən məlumata görə, rəqəmsal dövlət xidmətlərinin bütöv, istifadəçi yönümlü və iştirakçı bir yanaşma ilə təqdim olunması və istifadəsinin artırılması istiqamətində işlər davam etdirilir.

Sentyabr ayı etibarilə e-dövlət qapısı vasitəsilə mərkəzi dövlət qurumları, bələdiyyələr və onların tabeliyində olan təşkilatlar, universitetlər və özəl qurumlar daxil olmaqla ümumilikdə 1104 qurumun 8 min 665 xidməti əlçatandır.

E-Dövlət qapısının mobil tətbiqləri üzərindən isə 5 min 378 xidmətə giriş mümkündür. Eyni dövr etibarilə 68,2 milyon qeydiyyatdan keçmiş istifadəçi bu xidmətlərdən yararlana bilir.

 

"Türkiyə Statistika Qurumunun Məişətlərin İnformasiya Texnologiyalarından İstifadəsi Araşdırması”na görə bu il e-Dövlət xidmətlərindən istifadə edənlərin nisbəti 76,1% təşkil edib.

 

“Rəqəmsal Dövlət Strategiyası və Fəaliyyət Planı” hazırlanır.

Türkiyədə rəqəmsal dövlət işlərinə dair idarəetmə potensialının və strateji idarəetmə çərçivəsinin gücləndirilməsi üçün işlər davam edir.

Bu çərçivədə Rəqəmsal Dövlət Strategiyası və Fəaliyyət Planı tamamlanaraq tətbiqə veriləcək.

Dövlət rəqəmsal dönüşüm yetkinlik modeli üçün yerli və beynəlxalq nümunələr araşdırılaraq layihə modeli hazırlanacaq və dövlət qurumlarının rəqəmsal dönüşüm səviyyəsini müəyyənləşdirmək üçün platforma və iş modeli həyata keçiriləcək.

Açıq məlumatlarla bağlı qanunvericilik hazırlığı tamamlanacaq.

Dövlət idarələrinin süni intellekt texnologiyalarından qaynaqlanan risklərə qarşı məlumatlandırılması və potensial risklərin azaldılması üçün təsir analizi çərçivəsi hazırlanacaq və süni intellekt idarəetmə sistemi üzrə sertifikatlaşdırma mexanizmi işə salınacaq.

Bu il sonunda qeydiyyatdan keçmiş istifadəçi sayısının 68,5 milyona çatacağı, gələn il isə 70 milyona yüksələcəyi gözlənilir.

İlin sonu etibarilə 8 min 700 olaraq müəyyən edilən e-Dövlət Qapısı üzərindən təqdim olunan dövlət xidməti sayısının isə 2026-cı ildə 9 minə çatdırılması planlaşdırılır.

Bundan əlavə, təqdim edilən xidmətlərin sadələşdirilməsi, birləşdirilməsi və funksionallığının artırılması hədəflənir. Gələn il e-Dövlət Qapısı vasitəsilə ümumilikdə 8 inteqrasiya olunmuş xidmətin təqdim ediləcəyi gözlənilir.

Həmçinin, e-Dövlət Qapısı təqdim olunan mobil xidmətlərin sayısının bu ilin sonuna qədər 5 min 400-ə, 2026-cı ildə isə 5 min 600-ə yüksəldilməsi planlaşdırılır.


TRT Xəbər
Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər