00:00:00
Yazar
Ayan Sadi
19.08.2026 23:49 33 1 dəq oxuma
Dünya

Endi Börnhəm: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

Endi Börnhəm: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

 

 

Böyük Britaniya Ukraynaya dəstəyi davam etdirəcək.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki,Qərb Rusiyaya qarşı münasibətindən və Ukrayna savaşından istifadə edir ki, Rusiyanı iqtisadi və siyasi baxımdan çökəltsin:

 

 

“Məqsəd Rusiyanı zəiflətmək, müharibədən əl çəkməsinə nail olmaq və Avropaya təhdid yaratmasının qarşısını almaqdır.Təbii ki, Avropa Birliyi və Qərb Ukraynaya dəstək verir və maddi, hərbi yardımları getdikcə artırır. Bununla yanaşı, Rusiyanın enerji satışlarını davam etdirməsi ona müharibəni maliyyələşdirmək imkanı verir. Çin kimi ölkələrdən də Rusiyaya müxtəlif

istiqamətlərdə dəstək göstərilir. Rusiya da proseslərdə geri qalmır”.

 

 

Politoloqun sözlərinə görə,müharibənin uzanmasında İngiltərənin də rolu var. 

 

 

Boris Consonun dövründə Zelenskinin danışıqlar masasından qalxması müharibənin davam etməsinə zəmin yaradan amillərdən biri oldu.

Bu ölkələr həm Rusiyanın təhdidini əsas gətirir, həm də Ukrayna vasitəsilə Rusiyaya qarşı mübarizə aparırlar. Eyni zamanda Ukraynaya mal və hərbi yardım satmaq, kreditlər ayırmaqla gələcəkdə maddi dividendlər əldə etməyə çalışırlar.

 

 

Nurgün Qənizadə

#dəstəyini #xəbər #britaniya #baki #ukraynaya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər