00:00:00
Yazar
Admin User
07.11.2025 14:08 77 2 dəq oxuma
Dünya

Esenboğa Hava Limanında təyyarə qəzası təlimi keçirilib

Esenboğa Hava Limanında təyyarə qəzası təlimi keçirilib

 

Dövlət Hava Meydanları İdarəsi (DHMİ) Baş İdarəsinin Esenboğa Hava Limanı Başmüdürlüğünün koordinasiyası ilə təyyarə qəzası təlimi keçirilib. Təlim ssenarisinə görə, zolağa enən təyyarənin mühərrikində və eniş dəstəyində baş verən yanğına müdaxilə edilib. Qəza zamanı təyyarədən ətrafa səpələnən yaralılar K-9 xidməti itlərinin vasitəsilə tapılıb.

DHMİ Esenboğa Hava Limanı Başmüdürlüğünün köməyi ilə “Geniş İştiraklı Təcili Durum Planı” çərçivəsində keçirilən təlimdə, ssenariyə görə Ankara–Antalya reysi olan RFF-330 nömrəli A321 tipli sərnişin təyyarəsində uçuşdan sonra sərnişin və heyətdə ürəkbulanma, qusma və şüur itkisinin yaranması səbəbilə kabin heyəti təcili eniş tələb edib.

Təyyarədə 10 min litr yanacaq, 150 sərnişin, 8 heyət üzvü, 3 xüsusi qayğıya ehtiyacı olan sərnişin və arsenik tərkibli kimyəvi maddə yükü var idi. Təyyarə zolağa enərkən mühərrik və eniş hissəsində yanğın başlayıb.

 

Təlimdə könüllü tələbələr də iştirak edib.

Təyyarənin mühərrikində baş verən yanğın Hava Limanının Xilasetmə və Yanğınsöndürmə İdarəsi (ARFF) və Ankara Böyükşəhər Bələdiyyəsi Yanğınsöndürmə Baş İdarəsinin əməkdaşları  kimyəvi toz və köpük istifadə edilərək söndürüb.

AFAD qrupları isə Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) təhdidlərinə qarşı təyyarədə daşınan təhlükəli maddəni neytrallaşdırıb və ərazidən uzaqlaşdırıb. Kimyəvi maddəyə məruz qalan heyət və sərnişinlər təcili yardım vasitəsilə xəstəxanalara aparılıb.

Təyyarədə qalan sərnişinlər AFAD, UMKE və jandarma axtarış-xilasetmə (JAK) qruplarının köməyi ilə xilas edilərək sahra çadırında ilkin tibbi yardımdan sonra təcili yardım maşınlarına təhvil verilib.

Ssenari üzrə təyyarədən əraziyə səpələnən sərnişinlər isə K-9 itləri tərəfindən tapılıb.

Təlimdə 30 qurum/idarə, 1 axtarış-xilasetmə helikopteri, 50 nəqliyyat vasitəsi, 400 personal, 2 K-9 xidməti iti və könüllü olaraq Ankara Yıldırım Beyazıt Universiteti ilə Ankara Universitetinin tələbələri iştirak ediblər.

Performanslar diqqət çəkib.

Təlim zamanı təmsil olunan ölü və yaralılara müdaxilə edən tibb qruplarının sürəti və davranışları, həmçinin ssenari üzrə ölü və yaralı yaxınlarını canlandıranların performansı diqqət çəkib.

Makyaj vasitəsilə gerçəkləşdirilmiş yara və travma görüntüləri üzərində çalışan qruplar təlimi uğurla başa vurub.

Təlimdə istifadə olunan təyyarə maketi personalın köməyilə hazırlanıb.

Təlimdə istifadə olunan və hava limanlarında edilən ən böyük məzmunlu maketlərdən biri sayılan təyyarə maketi, materialların 80%-i geri çevrilə bilən tullantılardan istifadə edilməklə, DHMİ Esenboğa ARFF Müdürlüğü personalının vasitəsilə hazırlanıb.

Təyyarənin gövdəsinin bir hissəsində köhnə LPG çəni, burun, quyruq və qanad hissələrində isə metal qırıntılar istifadə olunub.


TRT Xəbər
Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər