00:00:00
Yazar
Admin User
12.06.2025 08:50 129 1 dəq oxuma
Dünya

Finlandiya Prezidenti Ukraynaya qoşun göndərilməsini istisna edib

Finlandiya Prezidenti Ukraynaya qoşun göndərilməsini istisna edib

Atəşkəs razılaşması əldə olunsa, Finlandiya Ukraynaya qoşun göndərməyəcək.

 

Məsələ ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynaya qoşun göndərilməsini heç bir ölkə istəmir:

 

“Finlandiyanın bitərəf qalması artıq mümkün deyil. Çünki Finlandiya NATO-nun üzvüdür. Digər NATO dövlətləri də Ukraynaya qoşun göndərilməsini istəmir.

 

Makronun Rusiyaya təsir göstərmək məqsədilə ortaya atdığı bir ideyası vardı. “Arzuolunanlar” adlı koalisiya yaratmaq planı var idi və guya bu koalisiya 60 minə yaxın qoşun toplayacaqdı. Sülh müqaviləsindən sonra həmin qoşunların göndərilməsi nəzərdə tutulurdu. Lakin Avropa dövlətləri bu plana razı olmadıqları üçün mövzu artıq gündəmdən çıxıb.

 

ABŞ-nin Ukrayna münaqişəsinə münasibəti dəyişdikdən sonra o, tərəf kimi Ukraynanın müdafiəsindən geri çəkildi. Sözsüz ki, NATO-nun ən güclü dövləti Amerikadır. Ona görə də NATO-ya daxil olan digər ölkələr də bu məsələdən tədricən uzaqlaşmağa başladılar.

 

Rusiya dəfələrlə bəyan edib ki, Ukraynaya əlavə qoşun göndərilərsə, bu, artıq NATO ilə Rusiya arasında birbaşa münaqişəyə səbəb ola bilər. Buna görə də NATO dövlətləri bu riski üzərlərinə götürmək istəmirlər".

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər