Finlandiya Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Finlandiya, Rusiyanın 10 iyul tarixində ikinci dəfə Finlandiya hava məkanını pozmasından sonra Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu Xarici İşlər Nazirliyinə dəvət edib.
NATO üzvü olan Finlandiya, Rusiyanın üç həftə ərzində iki dəfə hava məkanını pozmasına cavab olaraq addım atıb. 10 iyulda baş verən ikinci hava məkanı pozuntusunun ardından rəsmi Helsinki Rusiyanın səfirini izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırıb.
Finlandiyadan yayımlanan açıqlamada, Rusiya ordusuna məxsus təyyarələrin Porvoo şəhəri yaxınlığında Finlandiya hava məkanına daxil olduğu bildirilərək, hadisə ilə bağlı Finlandiya Sərhəd Mühafizəsindən araşdırma başlandığı qeyd olunub.
Haber Global
Nuray Əliyeva