00:00:00
Yazar
Admin User
25.05.2023 10:17 577 1 dəq oxuma
Siyasət

Florida qubernatoru ABŞ-ın yeni prezident namizədi oldu

Florida qubernatoru ABŞ-ın yeni prezident namizədi oldu

ABŞ-da Respublikaçı Florida qubernatoru Ron De Santis rəsmi olaraq 2024-cü il ABŞ-nın prezident seçkilərinə namizədliyini açıqlayıb.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, De Santis namizədliyini elan etdiyi videoda “Mən Ron DeSantis böyük Amerikanın geri dönüşünə rəhbərlik etmək üçün prezidentliyə namizədəm” deyə qeyd edib. O, mesajında sərhəd problemlərinə və artan cinayət faizlərinə diqqət çəkib.

 

Qeyd edək ki, 44 yaşlı floridalı siyasətçi ABŞ Hərbi Dəniz Qüvvələrində hüquq məsləhətçisi kimi çalışıb. Daha sonra isə gənc yaşlarında siyasətə qədəm qoyub.

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər