Fransa Müdafiə Nazirliyi: Türkiyənin müdafiə məhsulları əhəmiyyətli irəliləyiş göstərir
Fransa Müdafiə Nazirliyi Türkiyənin son illərdə müdafiə məhsullarının ixracında diqqətçəkən irəliləyişlər əldə etdiyini açıqlayıb.
Fransa Müdafiə Nazirliyi tərəfindən parlamentə təqdim olunan 2025-ci il silah ixracatı hesabatında, silah bazarındakı rəqabət mühitinin son dövrlərdə əhəmiyyətli dərəcədə dəyişdiyi qeyd olunub.
Hesabatda ABŞ, Rusiya, Almaniya kimi aparıcı ölkələrdən əlavə Çin, Cənubi Koreya və Türkiyə kimi “yeni oyunçuların” da silah bazarında söz sahibi olduğu vurğulanıb. Türkiyənin son on ildə qlobal ixracatçılar arasında ən təsirli irəliləyişlərdən birini əldə etdiyi, xüsusi olaraq pilotsuz uçuş aparatları (İHA) ixracında 2023-cü illə müqayisədə 80% artım göstərərək 2024-cü ildə yeni bir rekorda imza atdığı qeyd olunub.
TRT Haber
Aysun Vəliyeva