00:00:00
Yazar
Admin User
06.11.2025 18:49 137 2 dəq oxuma
Dünya

Fransa parlamentində başörtü qalmaqalı

Fransa parlamentində başörtü qalmaqalı

Fransada Milli Məclisi ziyarət edən başörtülü qadın və qız uşaqlarına yönələn reaksiyalar, ölkədə müsəlman vətəndaşların üzləşdiyi islamofobiyanı gündəmə gətirib.

 

Fransada “Frontieres Media” saytının baş redaktoru David Alaime dünən ABŞ mərkəzli “X” sosial media platformasında paylaşım edərək bildirib:

 

“Milli Məclisin Baş Assambleyasında, aralarında çox gənc görünənlərin də olduğu 5 başörtülü qadın ziyarətçi var”.

 

Alaime həmçinin Baş Assambleyadakı ziyarətçi lojiyasından, aralarında uşaqların da olduğu bir qrupun fotosunu paylaşıb.

 

Fransa Milli Məclisinin sədri Yael Braun-Pivet isə eyni sosial media platformasında paylaşım edərək bildirib ki, məktəblərdə dünyəvərliklə bağlı 2004-cü il qanununun qəbul edildiyi Baş Assambleyada gənc uşaqların izləyici lojiyasında görünən dini simvollar taxması “qəbuledilməz” hesab olunur.

 

Braun-Pivet əlavə edib:

 

“Keçmişdə belə bir vəziyyətlə qarşılaşmamışdıq. Bunun bir daha təkrarlanmaması üçün hər kəsi son dərəcə diqqətli olmağa çağırdım”.

 

O, bunun respublika prinsipləri ilə bağlı bir “ardıcıllıq məsələsi” olduğunu da vurğulayıb.

 

Başörtülü ziyarətçilərə yönələn reaksiyalar, ölkədə müsəlman vətəndaşlara qarşı islamofobiyanı yenidən gündəmə gətirib. Millət vəkilləri bu məsələ ilə bağlı fikirlərini sosial media hesablarında bildiriblər.

 

“Boyun əyməyən Fransa” (LFI) partiyasından millət vəkili Aymerik Karon, Braun-Pivetin açıqlamasının “islamofobik” olduğunu qeyd edib.

 

Karon bildirib ki, Məclisin daxili qaydalarına nəzarət etməli olan Braun-Pivet, bu qaydalara ölkənin vətəndaşlarına qarşı hörmətsizlik edən “xəyalı bir qayda” əlavə etməklə Məclisi utandırıb və bunu da uşaqlar üzərindən edib.

 

Fransalı deputat həmçinin Braun-Pivetin hər fürsətdə ifrat sağçılara güzəştə getdiyini vurğulayıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər