Fransada Tiktoka qarşı cinayət işi açılıb
Fransa prokurorluğu Tiktok sosial şəbəkəsinin uşaqların psixi sağlamlığını qorumaqda laqeydlik göstərməsi ilə bağlı istintaq başladıb.
"İnformator.az"xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Məlumata görə, bu, sosial şəbəkələrdə azyaşlıların qorunması məsələsi üzrə Fransada ilk belə cinayət işidir. İstintaq Fransanın sosialist deputatı Artur Delaportun rəhbərlik etdiyi parlament araşdırmasının nəticələrindən sonra başlanıb. Delaport sentyabrın 11-də araşdırmanın hesabatını təqdim edib.