00:00:00
Yazar
Ayşən Səlimova
16.03.2026 20:50 19 1 dəq oxuma
Sosial

Gənclərin vətənpərvərlik tərbiyəsi

Gənclərin vətənpərvərlik tərbiyəsi

15 yaşı tamam olan oğlanlar hər il yanvar–may aylarında yaşayış yeri üzrə ilkin hərbi qeydiyyata alınacaq. Bu proses onların sağlamlıq vəziyyətini yoxlamaq və gələcək hərbi xidmət üçün yararlılığını müəyyən etmək məqsədi daşıyır.

 

 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub “İnformator.az”a açıqlamasında bildirib ki, Biz vətəni sevməyən gənclik istəmirik:

 

 

“Təbii ki, bu təşəbbüs gənclərin vətənpərvərlik əhvalında formalaşmasına müsbət təsir göstərə bilər. Mən ümumiyyətlə gəncləri vətəni sevməyə, vətənpərvərlik ruhunda böyüməyə sövq edən bütün addımların, tədbirlərin tərəfdarıyam. Biz vətəni sevməyən gənclik istəmirik. Mütləqdir ki, vətəni sevmək lazımdır. Vətəni sevən gənclər vətənə töhfə verə bilərlər. Vətəni sevməyən gənclər üçün vətən anlayışı olmayacaq və o, yüksək savad alandan sonra Azərbaycanı tərk edərək, dünyanın başqa yerində yaşayacaqlar. Bu, hüquqi baxımdan problem deyil, amma bizə vətəni sevən, vətənin inkişafına töhfə verməyə can atan gənclik lazımdır. Ona görə mən bu addımı tamamilə haqlı sayıram”.

 

Aydan Əsgərxanlı

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər