Gürcüstan və Çin hava yolu əlaqəsinin inkişafı üzrə memorandum imzalayıb
Gürcüstan və Çin arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb.
"İnformator.az" xəbər verir ki, Anlaşma Memorandumunu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili və Çinin Mülki Aviasiya Administrasiyasının direktor müavini Xan Zun imzalayıb.
Nazir Mariam Kvrivişvilinin sözlərinə görə, "Hava İpək Yolu" Gürcüstan və Çin arasında aviasiya əməkdaşlığını yeni mərhələyə daşıyır, həm turizm, həm də yükdaşımalar üçün əlavə imkanlar açacaq:
"Aviasiya sazişi irəliyə doğru atılmış mühüm addım olacaq və həmçinin ölkələr arasında birbaşa uçuşlara əlavə təkan verəcək", – deyə Kvrivişvili bildirib.
Yeni anlaşma çərçivəsində tərəflər hava nəqliyyatı bağlantılarının genişləndirilməsi, aviasiya infrastrukturunun inkişafı və logistik əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.