00:00:00
Yazar
Mayıl Soltan
06.04.2026 13:08 24 2 dəq oxuma
Sosial

Günlərlə davam edən yağışın fəsadları: Zərərçəkənlərə hüquqi yardım göstəriləcəkmi ?

Günlərlə davam edən yağışın fəsadları: Zərərçəkənlərə hüquqi yardım göstəriləcəkmi ?

Son günlər davam edən intensiv yağışlar bir çox ərazilərdə ciddi fəsadlara səbəb olub. Xüsusilə, fərdi yaşayış evləri və obyektlər su basması, torpaq sürüşməsi və infrastrukturun zədələnməsi nəticəsində yararsız hala düşüb. Bu vəziyyət vətəndaşların həm maddi, həm də sosial vəziyyətinə mənfi təsir göstərib. Məsələnin digər vacib tərəfi isə hüquqi məsuliyyət, o cümlədən zərərin ödənilməsi ilə bağlıdır. Lakin praktiki olaraq zərərçəkənlərin kompensasiya alması, onların müraciət mexanizmləri,  prosedurların necə işləməsi bir çox hallarda suallar doğurur.

 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanlı “İnformator.az”a bildirib ki, ölkədə hər hansı bir fövqəladə vəziyyət elan olunmayıb:

 

“Hazırda yağış suları nəticəsində vurulan zərərlə bağlı dövlət qurumları vasitəsilə açıqlama və yaxud  kompensasiya məbləğinin ödəniləcəyi ilə bağlı məlumat yoxdur. Əgər vətəndaşların fərdi yaşayış evləri dövlət qeydiyyatına alınıbsa, sığorta şirkətlərinə müraciət edərək yağışdan sonra vurulan zərəri tələb etmək hüququna malikdirlər. Ölkədə sənədsiz evlərin çoxluğu səbəbindən qeydiyyatı olmayan evlər üçün sığorta verilmir. Əgər vətəndaş uzun illər yaşadığı evi qeydiyyata aldırıb və sığortalayıbsa, zərər olduqda rahat ödəniş ala bilər. Fərdi yaşayış evləri ilə bağlı məsələ bu vəziyyətdədir. Avtomobillərlə bağlı olan ziyana gəldikdə isə, avtomobillər müvafiq qaydada, əgər kasko sığortası olunarsa, avtomobillərə bununla bağlı ödəniş edilir. Avtomobil sahibi zərərin yağış sularının axıdılmaması və drenajların işləməməsi səbəbindən yarandığını sübut edərsə, kompensasiya tələb edə bilər”.

 

Cavahir Əsgərbəyli

#yeni #xəbər #edən #yardım #fəsadları:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər