Haseke yaxınlığında SDF silah anbarında partlayış baş verib
Suriyanın şimalında, Haseke şəhəri yaxınlığında kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) məxsus silah anbarında güclü partlayış qeydə alınıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki,hadisə bölgədəki güc balansına təsir edə bilməz:
"Çünki əgər hər hansı bir silah anbarının, lap onun miqyası nə qədər böyük olur olsun o güc balansını dəyişəcək potensialda deyil belə partlayışlar. Çünki, bütün tərəflər:terror qruplaşması olsun, silahlı qruplar olsunlar və yaxud hərbi hissələrin özü olsun, fərqli-fərqli ölkələrin Müdafiə Nazirlikləri olsun-bunlar hərbi arsenallarını yerləşdirərkən hər hansı bir bazada bütün silahlarını saxlamırlar onsuz da. Yəni məhv edilənlər onun əlində olan silahların cüzi bir qismidir. Ona görə də bu bölgədəki güc balansını dəyişmə iqtidarında olan bir hadisə deyil. O güc balansı hərbi anbarlardakı partlayışlarla müqayisə olunsaydı, onda gərək Ər-Şarə rejimi hakimiyyətə gəldiyi ilk aylarda o baş verən partlayışlar, silah anbarında olan itkilərdən sonra ayaqda qalmazdılar, və yaxudda ki, silahsızlaşardılar. Amma partlayışın kim tərəfindən həyata keçirilməsi burada önəmlidir. Çünki, Suriya elə bir vəziyyətdədir ki, bu dəqiqə hər nə qədər Bəşər-Əsəd rejimi devrilsə də hələki mərkəzi hakimiyyəti tam formalaşdırmaq və ölkədə olan fərqli qurupları eyni bayraq altında birləşdirmək mümkün olmayıb. Amerika meyilli qüvvələr hələ də müstəqildirlər,müstəqil fəaliyyət göstərirlər. Rus milli qüvvələr var, durcilər məsələsi çıxdı son aylarda, yəni İsrail meyilli qüvvələr də hələ də mərkəzi hakimiyyətdən yayınırlar. Ona görə də indi burada 4-5 fərqli güc mərkəzi var. Və o 4-5 güc mərkəzinin maraqlarına uygun hərəkət edəndə bir neçə fərqli silahlı terror qruplaşmaları var ki, indi bir tərəf digər tərəfə düşməndir. Əgər burada biz hər hansısa Rusiya -ABŞ qarşıdurmasından danışırıqsa, xüsusən Əhməd Ərşaranın Moskvaya səfərindən sonra əldə olunan razılaşmaların Rusiya tərəfinin yenidən Suriyanın hərbi potensialının gücləndirilməsində aktif rol olması ilə bağlı razılaşmalar və.s olsun. Əgər bütün bunlardan sonra, bunları nəzərə alaraq deyirəm, Rusiya-Suriya qarşıdurmasıdırsa bu onda əlbəttə ki, Suriyada yenidən hərbi anlamda ciddi hərəkətlilikdən biz danışa bilərik gələcəkdə. Çox ciddi hadisələrin baş vermə ehtimalından danışa bilərik. Bütün bunlar necə nəticələnəcək, nə olacaq bütün bunun üçün birinci məlum silah anbarında baş verən hadisəni kimin törətdiyini bilməliyik. Yox, əgər bu Amerika-Rusiya qarşıdurması deyilsə, hər hansı bir qruplar arası çəkişmədirsə, bu məsələnin çox da böyüyəcəyini gözləmək lazım deyil. ABŞ və Rusiya kimi xarici aktorların bölgədəki mövqelərinə hadisənin təsiri yenə də əvvəldə qeyd etdiyim məsələyə yönəlir. Kimin və nə məqsədlə bunu etməsi bu məsələdə önəmlidir. Yaxın zamanlarda biz artıq ABŞ-nin və Rusiyanın ən azından Suriyada yenidən mövqe savaşlarına başlaya biləcəklərinin şahidi ola bilərik. Bu hərbi anlamda olmasa da, diplomatik-siyasi mənada artıq bu iki güc Suriyanın təsir dairəsinə salınması məsələsində yenidən aktif mübarizəyə başlayacaqlar".
Aişə Mustafayeva