00:00:00
Yazar
Admin User
06.11.2025 17:40 149 2 dəq oxuma
Dünya

İbrahim Kalın HƏMAS-la Qəzzada atəşkəsi müzakirə edib

İbrahim Kalın HƏMAS-la Qəzzada atəşkəsi müzakirə edib

Məlumata görə, Kalın İstanbulda HƏMAS-ın Xəlil əl-Həyyanın rəhbərlik etdiyi siyasi bürosunun nümayəndə heyəti ilə görüşüb. Fələstin hərəkatının nümayəndələri İsrail vasitəsilə atəşkəs pozuntuları barədə məlumat veriblər.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Artıq Türkiyə Yaxın Şərq böhranının həllində vasitəçi yox, birbaşa tərəf kimi çıxış edir:

 

"HƏMAS kimi bir təşkilatla danışıqların Türkiyə adından Milli İstiqbarat Təşkilatının rəhbəri İbrahim Kalın vasitəsilə aparılması prinsip etibarilə doğru addım deyil. Çünki İbrahim Kalının kurasiya etdiyi sahə fərqlidir, HƏMAS-ın fəaliyyət göstərdiyi siyasi müstəvi isə tamam başqa bir sahəni əhatə edir. Daha məqsədəuyğun olardı ki, bu danışıqlarla Türkiyənin digər siyasi orqanları, məsələn, xarici işlər naziri, parlament sədri və ya vitse-prezident məşğul olardı. Bununla yanaşı, Türkiyənin Yaxın Şərqdəki böhranın nizamlanmasında rolu və təsiri açıq-aşkar hiss olunur. Əgər hadisələrin ilk mərhələsində Türkiyənin sərgilədiyi müqavimət olmasaydı, İsrailin bölgədəki talançılığı və aqressiyası daha güclü şəkildə özünü göstərə bilərdi və nəticələr daha fəlakətli ola bilərdi. Bu baxımdan, Türkiyənin siyasi və diplomatik müqavimətinin müsbət təsirini danmaq olmaz. Ancaq Türkiyənin bu prosesdə vasitəçi rolunu da düzgün qiymətləndirmək lazımdır. Artıq Türkiyə Yaxın Şərq böhranının həllində vasitəçi yox, birbaşa tərəf kimi çıxış edir. Çünki Türkiyə haqlı olaraq HƏMAS-ı, Fələstin dövlətçiliyini və Fələstin xalqının mövqeyini siyasi baxımdan dəstəkləyir və açıq şəkildə İsrailin təcavüzkar hərəkətlərinə qarşı mövqe sərgiləyir. Belə bir vəziyyətdə Türkiyənin HƏMAS və İsrail arasında vasitəçilik etməsi real nəticələrə gətirib çıxara bilməz. Çünki artıq Türkiyə vasitəçi yox, tərəflərdən biridir. Türkiyə İsrailin təcavüzkar addımlarına qarşı müqavimətini daha da gücləndirməlidir və yəqin ki, bunu edəcək. Eyni zamanda, Türkiyənin görə biləcəyi əsas işlərdən biri oktyabrın 13-də əldə olunmuş atəşkəs razılaşmasının icrasına daha fəal nəzarət etməkdir. Çünki Türkiyə həmin atəşkəs razılaşmasının əldə olunmasında iştirak etmiş dörd əsas tərəfdən biridir və bu baxımdan onun şərtlərin yerinə yetirilməsinə nəzarətdə xüsusi mövqeyi var. Aydındır ki, Türkiyənin Yaxın Şərq böhranının həllində iştirakı yalnız sülh proseslərinin maraqlarına uyğundur. Yəqin ki, Türkiyə hökuməti Qəzza ilə bağlı atəşkəs planının həyata keçirilməsində prinsipial mövqeyini sonadək qoruyacaq. Lakin təəssüf ki, Qəzzada sülhün taleyi yalnız Türkiyənin səylərindən asılı deyil. Burada əsas pozucu rol İsrailin silahlı qüvvələrinə məxsusdur. Çünki atəşkəs razılaşmasına görə, İsrailin silahlı qüvvələrinin Qəzzadan çıxarılması şərt kimi irəli sürülüb. Lakin indiyədək bu qüvvələr bölgəni tərk etməyiblər. Belə bir şəraitdə həm işğalçı qüvvələr, həm də HƏMAS-ın silahlı dəstələri Qəzzada olduğu müddətdə sülh perspektivlərindən danışmaq, təəssüf ki, çətindir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər