İlon Mask Tramp ilə telefonda danışıb
İlon Maskın, vergi endirimi qanun layihəsi səbəbindən aralarının pozulduğu ABŞ Prezidenti Donald Trampla bağlı bəzi paylaşımlarından peşmanlıq duyduğuna dair açıqlama vermədən əvvəl prezidentlə telefonda danışdığı iddia edilib.
New York Times qəzetinin adını açıqlamaq istəməyən və mövzuya yaxından bələd olan üç nəfərə istinadən yaydığı xəbərdə Maskın Trampı tənqid edərkən irəli getdiyinə görə peşman olduğunu bildirən paylaşımından əvvəl, 9 iyun tarixində Trampla telefonda danışdığı iddia edilib.
Xəbərdə həmçinin Maskın 6 iyunda Ağ Ev Xüsusi Qələm Müdiri Suzi Vails və ABŞ vitse-prezidenti C.D. Veyns ilə telefonla görüşərək “səhvini düzəltməyə çalışdığı” iddia edilib.
Mask öz paylaşımında “Trampla bağlı bəzi paylaşımlarımdan peşmanlıq duyuram” ifadəsini işlədərək “çox irəli getdiyini” qeyd edib.
Digər tərəfdən, Tramp da dünənki açıqlamasında Maska pis hisslər bəsləmədiyini, sadəcə aralarındakı mübahisədən dolayı təəccübləndiyini bildirmiş və Maskla barışa biləcəyinə işarə edib.
TRT XƏBƏR
Lalə Qurbanlı