İndoneziyada partlayış nəticəsində 50 nəfər yaralanıb
İndoneziyanın paytaxtında məktəb kompleksi ərazisində yerləşən məsciddə baş verən partlayış nəticəsində 50-dən çox insan yaralanıb.
"İnformator.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cakarta polis rəisi Asep Edi Suxeri bildirib.
Hadisənin səbəbləri hələlik məlum deyil.