00:00:00
Yazar
Səadət Əlizadə
02.07.2026 18:00 38 1 dəq oxuma
Siyasət

İran-ABŞ münasibətlərində idarə olunan gərginlik və diplomatik manevrlər

İran-ABŞ münasibətlərində idarə olunan gərginlik və diplomatik manevrlər

İran hər hansı təhdidə dərhal cavab verəcəyi barədə xəbərdarlıq edib, ABŞ-nin İsraili cilovlamaq öhdəliyi götürdüyünü bildirib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, İran-Amerika arasında hazırkı münasibətlər idarə olunan gərginlik kimi dəyərləndirilə bilər:


“Belə ki, tərəflər həm bir-birini təhdid edir, eyni zamanda danışıqlar aparır, yəni diplomatiya da yürüdülür. Bu baxımdan İran tərəfinin bu açıqlamaları artıq rutin hal alıb və onlar bu təhdidləri zaman-zaman səsləndirirlər. Hesab etmirəm ki, bu bəyanatlar hazırkı şəraitdə eskalasiyanı gücləndirsin.

ABŞ-nin İsraili İran danışıqlarında müəyyən qədər məhdudlaşdırması, bu, anlaşılandır. Çünki Amerika ilə İsrailin bu məsələlərdə mövqeləri ciddi şəkildə fərqlənir və İsrail bir çox hallarda Amerikanın planlarına mane olur. Ona görə də ABŞ İsraili mümkün qədər cilovlamağa, nəzarəti altında saxlamaqla prosesləri irəli aparmağa çalışır.

Bu baxımdan, həmin bəyanatları daha çox psixoloji təzyiq vasitəsi kimi dəyərləndirmək daha doğrudur. Çünki hazırkı şəraitdə, yaxın perspektivdə - yəni bir neçə ay ərzində - tərəflərin genişmiqyaslı eskalasiyaya gedəcəyi real görünmür. Çünki hər iki tərəfə vaxt qazanmaq lazımdır. Xüsusilə də ABŞ-ə  noyabrda keçiriləcək aralıq seçkilərə qədər müəyyən qədər sakitlik lazımdır ki, Tramp seçkilərə daha rahat getsin və uğur qazana bilsin”.

 

Səadət Əlizadə

#idarə #olunan #manevrlər #azərbaycan #diplomatik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər