İran nüvə danışıqlarını dayandırıb
ABŞ və İran arasında nüvə danışıqlarının növbəti raundu baş tutmayacaq.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Borucerdi bildirib.
Onun sözlərinə görə, İsrailin hücumlarından sonra ABŞ ilə danışıqların altıncı raundu keçirilməyəcək.