00:00:00
Yazar
Admin User
12.06.2025 16:58 85 1 dəq oxuma
Dünya

İran nüvə öhdəliklərini pozub

İran nüvə öhdəliklərini pozub

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahının yayılmasının qarşısını almaq üzrə öhdəliklərini pozduğunu açıqlayıb.

 

Agentliyin inzibatçılarının qəbul etdiyi qərara əsasən, bu öhdəliklər pozulmaqda davam edərsə, İran BMT Təhlükəsizlik Şurasına məlumat verilə bilər. İran bu qərarı siyasi adlandırıb və zənginləşdirilmiş uran hasilatını "əhəmiyyətli dərəcədə artıracağını" açıqlayıb.


Avropa İttifaqı İranı təmkinli olmağa çağırıb. Son 20 ildə ilk dəfədir ki, belə pozuntu baş verib. Agentlik uzun müddətdir ki, İranın davam edən təhqiqatında bəyan edilməmiş nüvə materialları ilə gizli fəaliyyətlər həyata keçirə biləcəyindən narahatlığını ifadə edib.


İran Xarici İşlər Nazirliyi Avropa ölkələrinə sanksiyalara səbəb ola biləcək addımları dəstəkləməmələri barədə xəbərdarlıq edərək, əks halda sərt reaksiya verəcəklərini bildirib. MAQATE-nin bəyanatı həmçinin ABŞ və İran arasında yeni nüvə sazişi üzrə davam edən danışıqlara təsir göstərə bilər. Bu bəyanat ABŞ-nin Yaxın Şərqdəki bəzi vətəndaşlarına bölgəni tərk etmə əmrindən bir gün sonra verilib.


BBC news

Aysel Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər