00:00:00
Yazar
Admin User
12.06.2025 08:35 138 1 dəq oxuma
Dünya

İran türklərə də məxsusdur…

İran türklərə də məxsusdur…

"İran təkcə bir qrupa yox, həm də türklər, kürdlər, lorlar, bəluclar, ərəblər və burada yaşayan digər xalqlara məxsusdur".

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“İran daxilindəki birlik və həmrəyliyi qoruyub saxlayacağıq. Bu ölkə bir qrupa və ya qruplaşmaya yox hər kəsə məxsusdur. Türklər, kürdlər, lorlar, bəluclar, ərəblər və qeyri-ərəblər, məzanilər, xorasanlar, ləklər və bu ölkədə yaşayanların hamısının haqqı var, onlar bu ölkənin taleyinə şərikdirlər. Hər kəsin öz ləyaqətinə, qabiliyyətinə və gücünə əsaslanaraq qərar qəbul etmək, siyasət qurmaq və inkişaf etmək hüququ var”, - prezident qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər