00:00:00
Yazar
Admin User
03.11.2025 18:34 135 3 dəq oxuma
Dünya

İran-Venesuela dron əməkdaşlığı barədə yeni iddia

İran-Venesuela dron əməkdaşlığı barədə yeni iddia

İranın Venesuelaya 1000 kilometrdən çox mənzilə malik hücum dronları tədarük etməyi düşündüyü bildirilir.

 

 

Bu mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki,Vaşinqtonla Karakas arasında gərginliyə bəhanə narkotik ticarəti və tranziti olsa da qarşıdurmanın kökündə Venesuelanın zəngin karbohidroget yataqlarına nəzarət edilməsidir:

 

“Bu Latın Amerikası ölkəsi dünyanın ən böyük neft-qaz ehtiyatlarına sahibdir və Birləşmiş Ştatlarla da hesablaşmır. Sabiq prezident Co Bayden də Venesuala hakimiyyətinə təzyiq göstərməklə nəyəsə nail ilmağa çalışsa da, istəyinə çata bilməyib. Məsələ həm də ondadır ki, beynəlxalq “mavi yanacaq” və “qara qızıl” ticarətini inhisarına almaq məqsədi güdən ABŞ üçün Karakas müxtəlif maneələr yaradır. Venesuela neftdən asılı ölkədir və ixraçatının 95 faizi, büdcəsinin isə yarsından çoxu neft və neft məhsulları təşkil edir. Ölkə Rusiya, Çin, İran, Kuba, Hindistanla sıx iqtisadi, ticari və siyası əməkdaşlıq edir. OPEK-ın üzvü olaraq Venesuela dünya neft bazarında və neftin qiymət tənzimlənməsində müəyyən təsirlərə malikdir. Təbii ki, bu faktorlar Karakasla-Vaşinqton arasında ciddi ixtilaflar yaratmaqdadır. 2013-cü ildən hakimiyyətə gələn N.Maduro Ağ Ev tərəfindən legitim prezident kimi qəbul edilmir və onun rejimini avtoritar rejim kimi tanıyır. Həmin faktorlar isə ABŞ-Venesuela diplomatik konfliktinin hərbi toqquşma təhlükəsi səviyyəsinə gəlib çıxarıb. Əgər Birləşmiş Ştatların təcavüzü baş verərsə Venesuelanın bunun qarşısında duruş gətirəcəyi mümkün deyil. Ölkənin hərbi müdafə qüvvəlləri əsasən Rusiya silahları və hərbi texnikası ilə təhciz olunub. Venesuela Latın Amerikası dövlətləri içərsində Rusiya ilə geniş hərbi-texniki əməkdaşlıq edən yeganə ölkədir və təkcə 2019-cu ildə 11 milyard dollarlıq müqavilə bağlanılıb. ABŞ-nin artan hərbi-diplomatik təzyiqləri fonunda president N.Maduro öz müttəfiqlər olan Rusiya və İrandan yardım istəyib. Ancaq nə Moskva, nə də İran indiki halları ilə Maduronun yardımına çata biləcəyi real görünmür. Moskvanın öznün silah sursata ehtiyacı var və bu ehtiyaclarını İran, KXDR, Çinin hesabına qarşlımaq məcburiyyətindədir.12 günlük İsrail-İran müharibəsi Tehranın hərbi-sənaye kompleksinə, o cümlədən dron və raket istehsal edən obyektərinə ciddi zərbə vurub.Ona görə də İranın Venesuela müxtəlif təyinatlı dronlarla yetəricə təmin edəcəyi ağılabatan deyil.Bundan başqa 1000 km məsafədəki hədəfləri vura biləcək dronları da yoxdur. Hətta olsa belə ABŞ-nin yüksək dəqiqlikli və texnolji təkmil silahları qarşısında acızdir. Maduro İrandan daha çox Rusiya və Çinə ümid edir.Rusiyanın durumu məllumdur. Çin isə Venesuelaya açıq şəkildə silah tədarük etməsi Vaşinqtonla etirazlara yola açar.Pekin isə buna hazır deyil.Düşünürəm ki, Tramp müharibəyə deyil, təzyiqlərlə Venesuelanı ram etməyi hədəfləyərdi. Ən azından öna görə ki, belə bir müharibə Birləşmiş Ştatlar və onun prezidentinin dünyada sülhyaratma missiyasına, imicinə mənfi təsir göstərərdi.Və haqlı olaraq da məntiqi suala cavab vermək zərurti yaranardı ki, 8 müharibəni dayandıran D.Tramp özü müharibyə rəvac verir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər