00:00:00
Yazar
Admin User
11.06.2025 16:36 147 1 dəq oxuma
Dünya

İsrail Qərb sahilində bir fələstinlini qətlə yetirib

İsrail Qərb sahilində bir fələstinlini qətlə yetirib

 

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tubas şəhərinin Təmmun qəsəbəsinə həyata keçirdiyi basqın nəticəsində bir fələstinli həyatını itirib, iki nəfər isə yaralanıb.

 

Fələstin Televiziyasının məlumatına görə, İsrail həbsxanalarından azad edilmiş fələstinlilərdən Rayik Bişarat, İsrail qüvvələrinin Təmmun qəsəbəsində həyata keçirdiyi sui-qəsd əməliyyatı nəticəsində öldürülüb.

 

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın yaydığı məlumata əsasən, İsrail ordusunun xüsusi təyinatlı bölmələri qəsəbəyə basqın təşkil edib. Hadisə zamanı vertolyot dəstəyi ilə hava müşahidəsi aparılıb və xüsusi təyinatlılar tərəfindən bir gəncə atəş açılıb, nəticədə o da yaralanıb.

 

Hadisə ilə bağlı ətraflı məlumat verilməsə də, bölgədə gərginliyin davam etdiyi bildirilir.


TRT haber
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər