00:00:00
Yazar
Admin User
18.08.2025 07:04 85 1 dəq oxuma
Dünya

İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?

İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?

 

12 günlük müharibə zamanı və ondan əvvəl İranın nəfinə casusluq etmiş şəxslər arasında Azərbaycan vətəndaşı da var.

 

"İnformator.az" Yenisabah.az-a istinadən xəbər verir ki, "Nyu York Tayms" nəşri bir israilli cütlük haqqında başlayan faktla İsraildə casusluq dalğası barədə geniş yazı dərc edib.

 

"Teleqramda asan pul qazanma təklifini qəbul etmiş 31 yaşlı İsrail vətəndaşı Vladislav Viktorson və və onun 19 yaşlı ortağı Anya Bernşteyn 2024-cü ilin oktyabrında həbs ediliblər. Onlar kimi bir çox israilli divarlarda qraffiti çəkməkdən tutmuş 100 min dollar müqabilində sui-qəsd planına iştirak etməyə qədər bir çox əməliyyatlarda iştirak edib.


"Müttəhimlərdən birinə, İsrailin cənubunda yaşayan Azərbaycan vətəndaşına həssas hərbi obyektlər boyunca marşrutunu qeyd etmək və üzü Hayfa limanına baxan mənzil kirayələmək tapşırılıb. İttihama görə, daha iki nəfərə də İsrail Müdafiə Nazirliyinin yaxınlığında kameralar quraşdırmaq əmri verilib, lakin onlar patrul maşını görüb dayanıblar", - deyə nəşr qeyd edib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər